Pep Qvardiolanın yeni ünvanı məlum olub
“Barselona”nın keçmiş çalışdırıcısı Pep Qvardiolanın yeni ünvanı məlum olub. Qvardiola “Çelsi”nin baş məşqçi postuna keçəcək. “Çelsi”nin prezidenti Roman Abramoviçin Qvardiola mövzusunda iddialı olduğu bildirilib. Bu barədə İngiltərənin “Daily Mail” qəzti xəbər yayıb.
Artıq “Çelsi”də Di Matteo özünü sübut edə bilmir. Belə ki, italiyalı mütəxəssis son iki həftədə 5 xal itirib. Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən matçda “Şaxtyor Donetsk”ə məğlub olması baş məşqçini çıxılmaz vəziyyətə salıb.
Qeyd edək ki, 41 yaşlı mütəxəssis hazırda Nyu Yorkda sakit həyat yaşayır.

Xəbər 860 dəfə oxundu.