İsveçli atıcı: Bakıda medal qazandığım üçün sevincliyəm
Yarış zamanı küləkli hava müşayiət olunurdu. Ancaq bu gün vəziyyət olduqca yaxşı idi.

Bu sözləri Bakıda keçirilmiş atıcılıq üzrə dünya çempionatında kişilərin mübarizəsində tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə atəşaçma növündə bürünc medal qazanan isveçli Emil Martinsson jurnalistlərə açıqlamasında deyib.

Uğurlu nəticəyə görə sevincli olduğunu söyləyən 34 yaşlı idmançı yarışın təşkilatçılığından da söz açıb: “Təbii ki, sevinirəm. Xoşbəxtəm ki, yarışa öz töhfəmi verə bildim. Təşkilatçılığa gəlincə, hər şey mükəmməl səviyyədə idi”.

Qeyd edək ki, Bakıda atıcılıq üzrə dünya çempionatına bu gün yekun vurulub.

Xəbər 99 dəfə oxundu.