Azərbaycan – İordaniya oyununun biletləri satışa çıxarılıb | |
Bakıda Azərbaycan və İordaniya yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb. Biletlərin qiyməti birinci kateqoriya üçün 5, ikinci kateqoriya üçün 2 manatdır. VİP biletlərin qiyməti isə 10 manat təşkil edir. Biletləri “iTicket.az”ın satış məntəqələrindən əldə etmək olar. Qeyd edək ki, sentyabrın 12-də “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. |
|
Xəbər 124 dəfə oxundu. |
|
|