Festivalın qızıl mükafatçısı: Gələcəkdə daha yüksək nailiyyətlər əldə edəcəyəm
Yekaterinburq, 29 avqust, Səlim Rəhimzadə

Gələcəkdə qızıl medallar qazanmağa davam edəcəyəm. Yarışda yüksək əhvali-ruhiyyə ilə çıxış edirik.

Bunu açıqlamasında Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında taekvondo üzrə qızıl medal qazanmış Səyyad Dadaşov (54 kq) deyib.

Yarışda azərbaycanlı idmançıların qələbə üçün bütün güclərini sərf etdiyini söyləyən S.Dadaşov bildirib: “Mən də yarışda bütün gücümümü ortaya qoydum. Qızıl medal qazandığım üçün çox sevinirəm. Növbəti turnirlərdə də qızıl medal qazanacağam”.

Xəbər 105 dəfə oxundu.