“Barselona”nın tarixi uğuru
La Liqanın 10-cu turu çərçivəsində “Barselona” dünən öz meydanında “Selta”nı 3:1 hesabı ilə məğlub edib. 10 turdan sonra kataloniyalıların aktivində 28 xal var ki, bu da klub tarixində rekord göstəricidir.
Cari mövsümə qədər kataloniyalılar 10 turdan sonra heç vaxt bu qədər xal toplamağı bacarmamışdı. Bu ilə qədər “Barselona”nın ən yaxşı göstəricisi 10 turdan sonra 25 xal idi – 1997/98 mövsümü.
Qeyd edək ki, “Barselona”nın tarixinə düşən bu rekorda “Real” artıq iki dəfə imza atıb. Madrid klubu 1968/69 və 1991/92 mövsümlərində 10 turdan sonra 28 xal toplamağı bacarıb.

Xəbər 1197 dəfə oxundu.