Azərbaycan IBSA dünya oyunlarını 3 medalla başa vurub | |
İngiltərənin Birmingem şəhərində keçirilən IBSA dünya oyunları başa çatıb. Mötəbər yarışda ölkəmiz cüdo və şahmat idman növlərində təmsil edilib. Paracüdoçularımız yarışı iki gümüş, bir bürünc medalla, şahmatçıların yarışında isə komandamız 5-ci yerdə oyunları başa vurub. Qeyd edək ki, dünya oyunlarında cüdo üzrə ölkəmizi kişilərin mübarizəsində İlham Zəkiyev (+90 kiloqram), qadınlarda isə Xanım Hüseynova (70 kiloqram) Şəhanə Hacıyeva (48 kiloqram) təmsil ediblər. |
|
Xəbər 73 dəfə oxundu. |
|
|