Bakıda gümüş medal qazanan şahmatçının valideynlərinə avtomobil hədiyyə olunacaq
Hindistanın “Mahindra&Mahindra” avtomobil şirkəti bu ayın əvvəlində Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda finala çıxan hindistanlı qrosmeyster Rameşbabu Praqnanandxanın valideynlərini mükafatlandıracaq.

Bu barədə şirkətin sədri Anand Mahindra yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, Praqnanandxanın valideynlərinə yeni avtomobil hədiyyə olunacaq.

“Hesab edirəm ki, onlara oğullarının uğuruna görə bu yolla öz təşəkkürümüzü bildirməliyik” – deyə iş adamı vurğulayıb.

Qeyd edək ki, Rameşbabu Praqnanandxa Dünya Kubokunun finalında norveçli Maqnus Karlsenə uduzub.

Xəbər 147 dəfə oxundu.