“İnter”ə qarşı keçirilən görüşdə “Yuventus” erkən qol vurub
A seriyasının 11-ci turu çərçivəsində “İnter”ə qarşı keçirilən görüşdə “Yuventus” erkən qol vurub. Turinlilər artıq matçın 18-ci saniyəsində hesabı açmağa müvəffəq olublar.
Bununla da Arturo Vidal Zlatan İbrahimoviçin rekordunu yeniləyib. Belə ki, dünənə qədər “Yuventus”un A seriyasındakı ən erkən qolunun müəllifi məhz İbrahimoviç idi. İsveçli forvard 2005-ci ildə “Udineze”nin qapısına 39-cu saniyədə yol tapmışdı.

Xəbər 962 dəfə oxundu.