“Metallurq” Latviya çempionatında növbəti oyununu keçirib
Yığmamızın hücumçusu Vüqar Əsgərovun çıxış etdiyi “Metallurq” Latviya çempionatında növbəti oyununu keçirib. Liepaya klubu ölkə çempionatının 35-ci turunda “Dauqava”nı qəbul edib.
“Metallurq” 4:0 hesablı qələbə qazanıb. Son oyunlarda forma geyməyən millimizin forvardı bu dəfə dəfə də meydana çıxmayıb.
Qeyd edək ki, hazırda Liyepaya klubu 35 oyundan sonra 70 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

Xəbər 873 dəfə oxundu.