Şahmat üzrə Dünya Kuboku: Qalib tay-brekdə məlum olacaq | |
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda medalların taleyinə tay-brekdə aydınlıq gələcək. Finalın ikinci oyununda norveçli Maqnus Karlsen Hindistan şahmatçısı Rameşbaba Praqnanandxa ilə bərabərə qalıb. İlk oyunda da heç-heçə qeydə alındığından Dünya Kubokunun qalibi tay-brekdə məlum olacaq. Üçüncü yer uğrunda ikinci oyunda Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya uduzub. İlk oyunda N.Abasov qalib gəldiyindən ümumi hesab bərabərləşib. Şahmatçılar avqustun 24-də tay-breykdə üz-üzə gələcəklər. |
|
Xəbər 137 dəfə oxundu. |
|
|