Qapının ağzında duranlar
Avropanın top-çempionatları yolun üçdəbirini başa vurublar. İdman.com.az saytı xəbər verri ki, bu yolu uğurlu keçənlər də var, uğursuzluğa düçar olanlar da. Gözlənilənləri verməyən məşqçilər istefa həddinə çox yaxınlaşıblar. Qapının ağzında duran məşqçiləri bu həddə yaxınlaşdıran səbəblər hansılardır?

Marselo Byelsa
Klubu: «Atletik»
Təyinatı: iyul 2011
Nə səbəbə qovula bilər: Basklar ikinci ildir ki, dalbadal mövsümün başlanğıcını uğursuz keçirirlər. Xavi Martinesdən məhrum olan Byelsa müdafiədə dəyişikliklər etdi ki, nəticədə komanda qolları ard-arda buraxmağa başladı. Baş məşqçinin xoşuna Fernando Lyorentenin bir ayağı ilə başqa komandada olması da gəlmir. Bu səbəbdən o, indi ancaq əvəzə çıxır, məşqlərdə də baş qatır. İnşaat şirkəti ilə bağlı hadisədən sonra argentinalı məşqçinin klub rəhbərliyinə inamı da azalıb.
Ay ərzində qovulma ehtimalı – 60%.

Maurisio Pelleqrino
Klubu: «Valensiya»
Təyinatı: may 2010
Nə səbəbə qovula bilər: «Valensiya» baş məşqçi kimi təcrübəsi olmayan gənc mütəxəssisə ümid bağladı. Nəticədə komanda indi ilk onluqda belə yer almır. Üstəlik də anlaşılmaz və qeyri-sabit oyun. Ayrı-ayrı pozitiv məqamlara (Viera və Bernatın fəal və uğurlu istifadə edilməsi) baxmayaraq, ümumi mənzərə nikbinliyə əsas vermir.
Ay ərzində qovulma ehtimalı – 40%.

Markus Babbel
Klubu: «Hoffenhaym»
Təyinatı: fevral 2012
Nə səbəbə qovula bilər: «Hoffenhaym»ın başçısı Ditmar Hopp məşqçilərin nazı ilə çox oynayanlardan deyil. Babbel il ərzində klubun sükanına keçən 3-cü gənc və perspektivli sayılan məşqçidi. Daha öncə Hoppun ümidlərini Marko Pessayuoli və Holger Stanislavski doğrultmadılar. Avrokuboklara yol açmaq tapşırığı alan Babbelin ixtiyarına Delpyer, Vize, Derdiyok, Usami, Xoselu kimi keyfiyyətli futbolçular verildi. Lakin komanda mövsümə ümumi 4:11 hesablı 3 acı məğlubiyyətdən başladı. Babbel idman direktoru vəzifəsindən imtina edərək, diqqətini sırf məşqçiliyə yönəltdi. Hətta ilk qələbələrini də qazandı. Ancaq qəzaya uğrayan Boris Vukçeviçin komaya düşməsi komandanın tarazlığını pozdu. Son 4 oyunda «Hoffenhaym» bir qələbə belə qazana bilmədi və yalnız «Qröyter Fürt»ə qol vura bildi.
Ay ərzində qovulma ehtimalı – 70%.

Marko van Basten
Klubu: «Heerenven»
Təyinatı: yanvar 2012
Nə səbəbə qovula bilər: 3 il öncə «Ayaks»la uğursuzluğa düçar olaraq, komandanı Çempionlar Liqası zonasına belə çıxara bilməyən van Basten məşqçilik karyerasını gözlənilməz zaman gözlənilməz yerdə davam etdirmək üçün fəaliyyətinə fasilə verdi. Baş məşqçi Ron Yansın vəzifəsindən uzaqlaşdıran «Heerenven» bu işi van Bastenin ixtiyarına buraxdı. Çox vuran və çox buraxan Yansın komandası yekunda 5-ci olmuşdu. Van Basten isə tamam başqa «Heerenven»i qəbul etdi – nə qolçu Dost var idi, nə çevik vinger Narsinx, nə texnikalı universal Assaidi artıq var idi. Nəticədə komanda indi də autsayderlər qədər buraxır, ancaq oyuna orta hesabla 1,5 qol vurur. «Heerenven» ilk qələbəsini yalnız 7-ci turda qazanıb. Bazar günü isə «Herakles»ə 3:6 hesabı ilə yenilib və indi 12-ci pillədə qərarlaşıb.
Ay ərzində qovulma ehtimalı – 70%.

Mark Hyuz
Klubu: «Kuinz Park Reyncers»
Təyinatı: yanvar 2012
Nə səbəbə qovula bilər: Yazda möcüzəli qurtulan və kifayət qədər böyük pullar xərcləyərək 10-a yaxın tanınmış futbolçu alan klub rəhbərliyi ilk 9 tura 3 xal və 20-ci yerdən daha çoxuna ümid bəsləyirdi. Toni Fernandes yenə də ictimaiyyət qarşısında Mark Hyuzu dəstəkləyir. Lakin onun şərikləri bu mövqedə deyillər. «Reddinq» məğlub edilməsə, məşqçi, çox güman ki, artıq bu bazar istefaya göndərilə bilər. Hyuzun təcrübəsi və yüksək səviyyəsi onun tərəfindədi. «Fulhem»in fanatları xatırlayırlar ki, uelsli mütəxəssis nəticə verə bilir, ancaq dərhal deyil. KPR fanatlarına bunu sınamağa vaxt olacaqmı?
Ay ərzində qovulma ehtimalı – 40%.

Naycel Edkins
Klubu: «Sauthempton»
Təyinatı: sentyabr 2010
Nə səbəbə qovula bilər: KPR və «Sauthempton» quyruqda qonşu pillələrdə qərarlaşıblar. Onların məşqçiləri də Premyer Liqada istefaya əsas namizədlər sayılırlar. Onları Harri Rednappla qorxudurlar. Əgər Hyuzun hücumu hələ susursa, Edkinsin müdafiəçi heç nəyə yaramır. Komanda qapısından hər oyunda 2-dən az top buraxmır. 9 oyunda isə qapısında 26 qol görüb. Qapıda da 3 qolkiper sınaqdan çıxarılıb. Edkins maraqlı məşqçi və savadlı insandı. O, əsəbilərini poemalar oxumaqla sakitləşdirir. Onun klub qarşısında xidmətləri az deyil. 2 ilə komandanı 1-ci liqadan Premyer Liqaya çıxarıb. Lakin yaxın ay ərzində «Sauthempton» sabit xal toplamağa başlamasa, rəhbərliyin qərarları heç də lirik olmayacaq.
Ay ərzində qovulma ehtimalı – 20%.

Massimiliano Alleqri
Klubu: «Milan»
Təyinatı: iyun 2010
Nə səbəbə qovula bilər: Qalliani və Berluskoni hər çıxışda Alleqrini dəstəkləsələr də, onun qovulma ehtimalı qalmaqdadı. Komanda təsadüfi xallar toplamaqdan başqa bir şey edə bilmir. Komandanın nizamlı oyunu, tanınan üslubu yoxdu. Heyətdə dünya səviyyəli ulduzlar da yoxdu. Bu səbəbdən də cəmisi 10 xallı komanda «Yuventus»dan inanılmaz uzağa düşüb və eniş zonasına çox yaxınlaşıb. Noyabrda da qarşısında çox çətin maneələr var – «Fiorentina», «Napoli», «Yuventus». Bu sınaqlar da onun üçün sonuncu ola bilər.
Ay ərzində qovulma ehtimalı – 50%.

Xəbər 1052 dəfə oxundu.