“Araz-Naxçıvan” Çempionlar Liqasına böyükhesablı qələbə ilə başlayıb | |
“Araz-Naxçıvan" komandası futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb. Azərbaycan çempionu A qrupundakı ilk sınağında Türkiyənin "İstanbul Şişli" klubu ilə qarşılaşıb. Latviyanın Salaspils şəhərindəki eyniadlı idman arenasında keçirilən görüş təmsilçimizin 9:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qrupun digər matçında ev sahibi ölkənin təmsilçisi “Riqa” Almaniyanın “Yan Reqensburq” kollektivini sınağa çəkəcək. UEFA Çempionlar Liqası İlkin seçmə mərhələ A qrupu, I tur 23 avqust 15:00. “Araz-Naxçıvan” (Azərbaycan) – “İstanbul Şişli” (Türkiyə) – 9:1 Qollar: Katatau, 3:25, Xətai Bağırov, 5:53, Lazar Milosavlyeviç, 15:49, Amadeu, 21:35, 22:49, 30:05, İsa Atayev, 27:29, 33:05, Erik Dannilo, 35:52 - Sadettin Çamcı, 39:10 Hakimlər: Arttu Kinaerenen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr). Timekeeper: Kiazo Leladze (Latviya). Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna). UEFA nümayəndəsi: Massimo Nanni (San-Marino). Salaspils. Salaspils İdman Arenası. Qeyd edək ki, “Araz-Naxçıvan” qrupda ikinci oyununu avqustun 24-də “Yan Reqensburq”a qarşı keçirəcək. |
|
Xəbər 94 dəfə oxundu. |
|
|