Komandamız Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında gümüş medal qazanıb
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir.

Azərbaycan Atıcılıq Federasiyasından verilən məlumata görə, bu gün qadınlar arasında 25 metr məsafəyə tapançadan standart atəş açma yarışında komandamız gümüş medal qazanıb.

Zeynəb Sultanova, Nigar Nəsirova və Nərminə Səmədovadan ibarət "üçlük" yalnız Çin komandasından geri qalıb.

Xəbər 137 dəfə oxundu.