Koreyalıya olimpiya medalını qaytardılar
Beynəlxalq Olimpiya Komitəsi Cənubi Koreyanın olimpiya yığmasının yarımmüdafiəçisi Pak Çon Uya London Olimpiadasının bürünc medalını vermək qərarına gəlib. Bu futbolçunun adı ilə olimpiya turnirində 3-cü yer uğrunda matçda baş verən qalmaqal bağlıdı. Həmin oyun zamanı futbolçu «Tokto bizim ərazidi» şüarını çıxartmışdı. Bu adalar Yapon dənizinin qərb hissəsində qərarlaşırlar. Oranın suverenliyi Yaponiya və Cənubi Koreya arasındakı mübahisə mövzusudu. İkinci dünya müharibəsindən sonra adaları Cənubi Koreya idarə edir.

İdman.com.az saytının məlumatına görə, BOK Pak Çon Uya «Uembli»də təltifetmə mərasimində iştiraka icazə verməmişdi. Cənubi Koreya yığması 3-cü yer uğrunda matçda yaponları 2 cavabsız qolla üstələmişdi.
Oktyabrın sonunda 23 yaşlı futbolçunun medal almasına icazə verildi. Koreya Futbol Assosiasiyasından Pak Çon Uya artıq sertifikat verildiyi bildirilib. Bu isə onun bürünc medal sahibi olmasını təsdiqləyir.

Xəbər 987 dəfə oxundu.