Azərbaycan millisinin UEFA İnkişaf turniri üçün yekun heyəti açıqlanıb
On beş yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Estoniyanın paytaxtı Tallində təşkil olunacaq UEFA İnkişaf turniri üçün yekun heyəti açıqlanıb.

Yığmaya on yeddi futbolçu cəlb olunub.

Heyətdə Rauf Əyyubov, Toğrul Mehdizadə, Nihad Şirinzadə, Emil Məmmədov, Renat Muştakov, Nicat Kərimov, Samir Şərifov (hamısı “Sabah”), İmran Lətifov (EFA), Uğur Qurbanlı, Əli Bəşirov, Hüseyn Bayramov, Murad İbrahimli, Polad Hüseynov (hamısı “Qarabağ”), Rəşad Gülüşov, Kəmal Mustafazadə, (hər ikisi “Leon”), Amil Abuşov (“Sumqayıt”) və Allahverdi Şirinov (“Qəbələ”) yer alıblar.

Xatırladaq ki, U-15 avqustun 22-də Bosniya və Herseqovina, 24-də Estoniya və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Xəbər 109 dəfə oxundu.