«Qarabağ» revanş aldı
Topaz Premyer Liqasında 12-ci tur başa çatıb. İdman.com.az saytının məlumatına görə, bu gün 4 matç keçirilib. Yarış cədvəlinin liderlərindən olan «İnter» səfərdə Sumqayıtın eyni adlı komandası ilə qarşılaşıb. «Bannçılar» çox cəhd etsələr də, ev sahiblərini müqavimətini qıra bilməyiblər – 0:0.

Tofiq Bəhramov adına Respublika stadionunda AzAL-ı qəbul edən «Qarabağ», ilk dövrədəki məğlubiyyətin əzəzini çıxıb. 5-ci turda rəqib meydanında tarixində ən böyük yenilcisini (2:6) alan Ağdam klubu, hesabda nəzərə çarpacaq nəticə qazanmasa da, bu qələbə ilə mübarizədə dönüş yarada bilib (2:0).

Həftənin əvvəlində baş məşqçi Yunis Hüseynovla yolunu ayıran «Xəzər-Lənkəran» nəhayət, diqqət çəkən uğura yetişib. «Ağ-yaşıllar» evdə «Rəvan»ın qapısından 4 cavabsız top keçiriblər – 4:0.

Turnir cədvəlinin liderlərindən olan «Simurq» Tovuzda sərfəli nəticə ilə dönə bilməyib. Hesabda irəli olmasına rəğmən, 64 və 87-ci dəqiqələrlə azlıqda qalan Zaqatala təmsilçisinə «Turan»ın yalnız 1 qol vurmağa gücü yetib (1:1).

Xəbər 911 dəfə oxundu.