“Qarabağ”ın Sloveniya klubu ilə cavab oyununa təyinatlar açıqlanıb
UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” və Sloveniyanın “Olimpiya” komandası arasında Bakıda keçiriləcək cavab oyununun hakimləri açıqlanıb.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matç İspaniyadan olan hakimlər briqadasına tapşırılıb.

Qarşılaşmanı Alexandro Ernandes idarə edəcək. Ona yan xətt hakimləri Xose Naranyo və Dieqo Sançes Royo köməklik göstərəcəklər. Dördüncü hakim isə Alexandro Munyis Ruis olacaq.

Qeyd edək ki, avqustun 31-də keçiriləcək görüş saat 20:00-da başlayacaq. İlk oyun isə avqustun 24-də Lyublyanada baş tutacaq.

Xəbər 80 dəfə oxundu.