Super Liqanın II turunu idarə edəcək hakimlərin adları açıqlanıb
Noyabrın 3-də keçiriləcək Super Liqanın II turunu idarə edəcək hakimlərin adları açıqlanıb. Baş tutacaq matçlara beynəlxalq dərəcəli referilərimizin hamısı təyinat alıb.

Onlardan Eldar Zülfüqarovla Vüqar Cəfərov turun mərkəzi - “Rabitə” – “Lokomotiv” matçını idarə edəcək. Konstantin Selin isə “Telekom”la “Bakı-Azəryol”un duelində əsas fit sahibi olacaq.

3 noyabr
Super Liqa
II tur
15:00. “İQTİSADÇI” – “LOKOMOTİV-BİLƏCƏRİ”
Hakimlər: Zaur Hacıyev, Ceyhun İsmayılov
Xətt hakimləri: Cəlil Cəlilov, Ruhid Xəlilov, Yana Kuznetsova, Fuad Hacıyev

17:00. “TELEKOM” – “BAKI-AZƏRYOL”
Hakimlər: Konstantin Selin, Murad Abduləhmanzadə
Xətt hakimləri: Bayram Laçınov, Dilqəm Qəhrəmanov, Fikrət Axundov, Səməndər Eyvazov

19:00. RABİTƏ – LOKOMOTİV
Hakimlər: Eldar Zülfüqarov, Vüqar Cəfərov
Xətt hakimləri: Səbuhi Əliyev, Rüstəm Cəfərov, İftixar Abdullayev, Samir Nəbiyev

Qeyd edək ki, bütün matçlar Voleybol Mərkəzində keçiriləcək.

Xəbər 1193 dəfə oxundu.