Stolüstü tennisçilərimiz Fransaya yollanıblar | |
Azərbaycanın stolüstü tennisçiləri Fransaya yollanıblar. Federasiyadan verilən məlumata görə, onlar bu ay növbəti beynəlxalq yarışlara qatılacaqlar. İstedadlı idmançılar Yağmur Məmmədli ilə Onur Quluzadə əvvəlcə 19-24 avqustda Fransanın Strasburq şəhərində təşkil olunacaq “EUROTALENTS DEVELOPMENT CAMP 2 U-13” toplanışı çərçivəsində keçiriləcək turnirdə mübarizə aparacaq. Stolüstü tennisçilərimiz bu toplanışın ardınca avqustun 25-27-də 2010-cu il təvəllüdlü oğlan və qızlar arasında “Euro Mini Champ” yarışında bacarıqlarını göstərəcəklər. İdmançılar milli komandanın məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Fransaya yola düşüblər. |
|
Xəbər 135 dəfə oxundu. |
|
|