Yığmamızın Millətlər Liqasındakı ilk iki oyununun stadionu və başlama saatı bəlli olub
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqasının C qrupunda keçirəcəyi ilk iki oyunun məkanı və başlama saatları müəyyənləşib.

Sentyabrın 22-də Kipr yığmasına qarşı görüş “Dalğa Arena”da, sentyabrın 26-da səfərdə Monteneqro yığmasına qarşı matç isə Podqoritsa şəhərindəki “Ljeskopolje Arena”da təşkil olunacaq.

Qeyd edək ki, oyunlar müvafiq olaraq saat 17:00-da və 20:00-da (yerli vaxtla) başlayacaq.

Xəbər 79 dəfə oxundu.