“Neftçi” klubunun düşərgəsinə yeni futbolçu qoşulub | |
“Neftçi” klubunun düşərgəsinə yeni futbolçu qoşulub. Portuqaliyalı qapıçı Joze Moreyra “ağ-qaralar”la birgə məşq edir. Onun komandada qalıb-qalmayacağı haqda yekun qərarı baş məşqçi Böyükağa Hacıyev verəcək. Qeyd edək ki, Rauf Mehdiyevin komandadan qovulmasından sonra qapıçı axtarışına çıxan “Neftçi” Saşa Stamenkoviçin çıxışından da o qədər razı deyil. Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə isə xəbəri təkzib edib. Onun sözlərinə görə, hazırda komandanın düşərgəsində yeni futbolçu yoxdu. |
|
Xəbər 1048 dəfə oxundu. |
|
|