“Neftçi” dünya reytinqində irəlilədi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların növbəti reytinq cədvəlini açıqlayıb. 426 komandanın yer aldığı siyahıda Azərbaycanın 2 təmsilçisi də var.

Belə ki, “İnter” 430-cu pillədən 425-ci yerə qalıb. Mərakeşin “Kasablanka” klubunu qabaqlayan “bankirlər”in 60 xalı var.

Xeyli vaxtdır siyahıda ölkəmizin yeganə təmsilçisi olan “Neftçi” 1 pillə irəliləyib. 258-ci yerə qalxan çempion 78,5 xala malikdir. O, “Sevilya”, “Fiorentina”, “Hamburq”, “Feyenoord” kimi tanınmış klubları qabaqlayır.

Siyahıya 349 xalla “Barselona” başçılıq edir. İspaniyanın digər təmsilçisi Madrid “Atletiko”su 290 xalla 2-dir.

“Neftçi”nin Avroliqanın qrup mərhələsindən rəqiblərindən İtaliya “İnter”i 18-ci (205 xal), “Rubin” 87-ci (127,5 xal), “Partizan” 127-dir (110 xal).

Xəbər 871 dəfə oxundu.