Neymarın yeni klubu bəlli olub | |
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Fransanın PSJ klubunun oyunçusu Neymarı heyətinə cəlb edib. Səudiyyə Ərəbistan klubu transfer üçün Fransa komandasına 160 milyon avro ödəyib. Braziliyalı futbolçu "Əl-Hilal" klubu ilə ikiillik müqavilə imzalayıb. Qeyd edək ki, Neymar Barselonadan PSJ-yə 2017-ci ildə 222 milyon qarşılığında transfer olmuşdu. O, Paris klubunda 173 oyunda 118 qol, 77 assist edib. |
|
Xəbər 107 dəfə oxundu. |
|
|