“Qarabağ"ın rəqibi “Ayaks"ın sabiq hücumçusunu transfer edib
"Qarabağ"ın UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi Finlandiya HİK-i yeni futbolçu transfer edib.

Helsinki təmsilçisi Burkino Faso millisinin hücumçusu Hassan Bandeni heyətinə qatıb.

Son komandası Fransa "Amyen"i olan 25 yaşlı futbolçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb.

Hassan Bande daha əvvəl Belçikanın "Mexelen", Niderlandın "Ayaks", İsveçrənin "Tun" və Xorvatiyanın "İstra" klublarında da çıxış edib.

Qeyd edək ki, "Qarabağ" və HİK arasındakı ilk oyunda sonuncu Azərbaycan çempionu 2:1 hesablı qələbə qazanıb. Cavab matçı avqustun 17-də Helsinkidə olacaq.

Xəbər 89 dəfə oxundu.