Covanni Kaprara: “İlk seti bərbad keçirdik”
“İlk seti bərbad keçirdik. Həmin vaxt çoxlu səhvlərə yol verdik”. Bunu İtaliyanın “Villa Kortese” voleybol klubunun baş məşqçisi Covanni Kaprara deyib.

Təcrübəli mütəxəssis Çempionlar Liqasında “Rabitə” ilə oyunu şərh edib: “Biz 2-ci setdə “yuxudan” ayılaraq, blokda və müdafiədə yaxşı oynamağa başladıq. Bu, oyunu bərabərləşdirməyə imkan verdi. Təəssüf ki, sonradan müdafiəmiz lazımı oyunu göstərə bilmədi. Nəticədə də hesabda tarazlıq yaratdıqdan sonra üstünlüyü əldən verdik. “Rabitə”nin güclü hücum xətti olması həqiqətdir. Ancaq öz oyunumuzu göstərə bilsək, rəqiblərimizə bundan da böyük problemlər yaradıb qalib gələ bilərik”.

Qeyd edək ki, “Rabitə” 3:1 hesabı ilə qələbə qazanıb.

Xəbər 1041 dəfə oxundu.