Cüdo üzrə məşqçilik ixtisasına qabiliyyət imtahanı təşkil edilib
Cüdo üzrə məşqçilik ixtisasına qabiliyyət imtahanı keçirilib.

Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

İmtahanlarda Dövlət İmtahan Mərkəzindən, Gənclər və İdman Nazirliyindən nümayəndələr, Azərbaycan Cüdo Federasiyasının qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı təyin etdiyi imtahan komitəsinin üzvləri iştirak ediblər.

İmtahanlar zamanı abituriyentlərin təhlükəsizliyi üçün müvafiq tədbirlər görülüb, cüdo üzrə normativlərin icrası üçün zəruri avandalıqlarla və tərəf müqabili ilə təmin olunublar. Abituriyentlərin qabiliyyət bacarıqlarının obyektiv qiymətləndirilməsinin keçirilməsində şəffaflıq təmin edilib.

Xəbər 134 dəfə oxundu.