Avropa Liqası: Bu gün “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri məlum olacaq | |
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Püşkatma mərasimində Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri məlum olacaq. Bu mərhələdə 20 komanda ümumilikdə 10 cütlük təşkil edəcək. Pley-off mərhələsinin görüşləri avqustun 24-31-də keçiriləcək. |
|
Xəbər 107 dəfə oxundu. |
|
|