Həndbol: Litva millisi Bosniya və Herseqovina komandasına qalib gəlib
Bakıda keçirilən 17 yaşadək qızlardan ibarət Avropa çempionatının qrup mərhələsində artıq ikinci tura start verilib.

A qrupunda Bosniya və Herseqovina və Litva milliləri üz-üzə gəlib.

Gərgin mübarizənin sonunda Litva komandası 37:40 hesabı ilə qalib olub.

Xatırladaq ki, millimiz A qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq.

Xəbər 156 dəfə oxundu.