Premyer Liqa: “Sumqayıt” səfərdə “Səbail”i böyük hesabla məğlub edib | |
Avqustun 5-də futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib. Günün ilk matçında “Səbail” “Sumqayıt”la üz-üzə gəlib. Oyun qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Sumqayıtın qollarına 27-ci dəqiqədə Rövlan Muradov, 67-ci dəqiqədə Erik Sorqa, 70-ci dəqiqədə Kamran Quliyev, 76-cı dəqiqədə isə Səbuhi Abdullazadə imza atıblar. Meydan sahiblərinin yeganə qolunu 62-ci dəqiqədə David Qomis vurub. Qeyd edək ki, günün digər görüşündə "Qarabağ" "Zirə" ilə üz-üzə gələcək. |
|
Xəbər 88 dəfə oxundu. |
|
|