“Neftçi” – “Beşiktaş” oyununun hakimləri açıqlanıb
Avqustun 10-da Bakıda baş tutacaq “Neftçi” – “Beşiktaş” oyununun hakimləri müəyyənləşib.

Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçını isveçrəli hakimlər idarə edəcəklər.

Qarşılaşmanın baş hakimi Lukas Fahndrix olacaq. Ona Yonas Erni və Guillom Mayre kömək edəcəklər. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.

Qeyd edək ki, matç “Bakcell Arena”da keçiriləcək.

Xəbər 89 dəfə oxundu.