Stolüstü tennisçilərimiz Çinə yollanıblar
Stolüstü tennisçilərimiz Çinə yollanıblar.

Bu barədə Stolüstü Tennis Federasiyası məlumat yayıb. Bildirilib ki, stolüstü tennisçilər Adil Əhmədzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova və Aylin Əsgərova bu gün Çin Xalq Respublikasının Hebei şəhərinə yola düşüb. Onlar məşqçi Səbinə Əzizlinin rəhbərliyi altında beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər. Sabah başlanacaq toplanışa sentyabrın 10-da yekun vurulacaq.

Qeyd edək ki, daha 4 idmançı – Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Xədicə Eylazova iyulun 4-dən etibarən avqustun 15-dək məşqçi İsmayıl Mirzəyevin rəhbərliyi ilə Çinin Şanxay şəhərində təlim-məşq toplanışındadır.

https://ad.doubleclick.net/ddm/pfadx/N1098691.3855432SMARTBEE/B29118340.356464816;sz=0x0;ord=[timestamp];dc_lat=;dc_rdid=;tag_for_child_directed_treatment=;tfua=;dcmt=text/xml;dc_sdk_apis=[APIFRAMEWORKS];dc_omid_p=[OMIDPARTNER];dc_vast=3;gdpr=${GDPR};gdpr_consent=${GDPR_CONSENT_755};ltd=

Xəbər 167 dəfə oxundu.