Ələkbər Həsənov FİBA Avropadan növbəti təyinat alıb
Basketbol üzrə beynəlxalq dərəcəli azərbaycanlı hakim Ələkbər Həsənov FİBA Avropadan növbəti təyinat alıb. Həmyerlimiz noyabrın 7-də Orenburqda keçiriləcək Avroçelenc matçında referilik edəcək.

O, qadınlardan ibarət “Nadejda” (Rusiya) – “Fənərbaxça” (Türkiyə) qarşılaşmasında ədaləti qoruyacaq.

Qeyd edək ki, Həsənov 1 gün öncə baş tutmuş “Yekaterinburq” – “Nova Zaqreb” görüşündə də iş başında olub. Oyun ev sahiblərinin 83:77 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər 1207 dəfə oxundu.