Azərbaycan paraüzgüçüsü dünya çempionatında növbəti dəfə finala yüksəlib
Azərbaycan paraüzgüçüsü Raman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında növbəti dəfə finala yüksəlib.

O, 50 metr məsafəyə sərbəst üzməkdə 24,78 saniyə nəticə göstərib.

Final yarışı bu gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, Raman Saley dünya çempionatında 100 metr məsafəyə arxası üstündə üzməkdə gümüş, eyni məsafəni butterflay üsulu ilə üzməkdə isə bürünc medal qazanıb.

Xəbər 148 dəfə oxundu.