Azərbaycan millisinin üzvü: Komanda şəklində hazırlığımız tam sürətlə davam edir
Komanda şəklində hazırlığımız tam sürətlə davam edir.

Bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Nikalina Başnakova federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

İdmançı qeyd edib ki, Avropa çempionatına ilkin hazırlıq prosesində millimizin bütün oyunçuları məşqçilər tərəfindən müəyyən edilmiş fitnes proqramı əsasında fiziki məşqlər üzərində səylə çalışırdı. Ardınca zalda ciddi məşqlərə başladıq. Bütün bunlar komandamızın oyun sxemi və taktikasının inkişafına töhfə verir.

“Oyunçuların tam formalaşması və bir-birimizə lazımi şəkildə uyğunlaşmağımız üçün hər şey ən xırda detaladək nəzərdən keçirilir. Məşqçilər korpusunun əməyini yüksək qiymətləndiririk.

Yoxlama oyunları güclü və zəif tərəflərimizi müəyyənləşdirməyə, həmçinin səhvlərimiz üzərində çalışmağa şərait yaradır. Bu da bizə qarşımıza qoyulan məqsədə çatmaq üçün, yəni Avropa çempionatında layiqli şəkildə çıxış etmək üçün kömək olacaq”, - deyə voleybolçu əlavə edib.

Xəbər 164 dəfə oxundu.