Azərbaycan cüdo millisi Universiadada bürünc medal qazanıb
Azərbaycanın cüdo yığması Çinin Çendu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bürünc medal qazanıb.

Bürünc medal uğrunda mübarizədə Kənan İsmayılov, Rəşid Məmmədəliyev, Məhərrəm İmamverdiyev, Elcan Hacıyev və Ruslan Nəsirlidən ibarət komandamız Monqolustan komandasına 3:1 hesabı ilə qalib gəlib.

Xəbər 97 dəfə oxundu.