Azərbaycanlı üzgüçü dünya çempionatının finalına vəsiqə qazandı
Azərbaycan para-üzgüçüsü Raman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.

Raman Saley 100 metr məsafəyə batterflyay üsulu ilə üzməkdə 58.72 saniyə nəticə göstərib.

Final yarışı bu gün Bakı vaxtı ilə saat 22:25-də başlayacaq.

Qeyd edək ki, 3 qat paralimpiya çempionu Raman Saley ötən gün 100 metr məsafəyə arxasıüstə üzmə növündə 1:00.83 nəticə ilə gümüş medal qazanıb. Bununla da Saley Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.

Xəbər 135 dəfə oxundu.