Futbol üzrə Türkiyə yığmasının üzvü “Fənərbağça” ilə müqavilə imzalayacaq
Transfer çalışmalarını davam etdirən “Fənərbağça” komandası İtaliyanın “Sassulo” komandasının üzvü Mərt Müldür və sloveniyalı yarımmüdafiəçi Miha Zayc ilə razılığa gəldiyini açıqlayıb.

Bu barədə İstanbul klubu məlumat yayıb.

“Fənərbağça”nın Türkiyə yığmasının da şərəfini qoruyan Mərt Müldür ilə dörd illik müqavilə imzalayacağı bildirilir. 2018-2019-cu illər mövsümündən etibarən heyətində çıxış edən sloveniyalı yarımmüdafiəçi ilə komandası arasında üç illik yeni müqavilə imzalamaq üçün razılıq əldə olunub.

Məlumatda hər iki futbolçunun bu gün İstanbula gələcəyi və tibbi müayinədən keçdikdən sonra isə onlarla müqavilə imzalanacağı qeyd olunur.

Xəbər 102 dəfə oxundu.