“Barselona” yoldaşlıq görüşündə “Real Madrid”i darmadağın edib
ABŞ-ın Texas ştatının Arlinqton şəhərində keçirilən “Barselona” – “Real Madrid” yoldaşlıq oyununda kataloniyalılar rəqiblərini darmadağın ediblər - 3:0.

Oyun AT&T stadionunda keçirilib və matçı 82 mindən çox tamaşaçı stadiondan izləyib.

“Barselona”nın heyətində Usman Dembele (15-ci dəqiqədə), Fermin Lopes Martin (85) və Ferran Torres (90+1) hərəyə 1 qolla fərqləniblər. İyirminci dəqiqədə Vinisius Junior “Barselona”nın qapısına təyin edilmiş penaltini qola çevirə bilməyib.

Qeyd edək ki, daha öncə “Barselona” “Vissel Kobe”ni (2:0) udub, “Arsenal”a isə uduzub (3:5). “Real Madrid” isə bundan əvvəl “Milan”ı (3:2) və “Mançester Yunayted”i (2:0) üstələyib.

Növbəti oyunda “Barselona” “Milan”la, “Real” isə “Yuventus”la qarşılaşacaq. Qarşılaşmalar müvafiq olaraq avqustun 2-də və 3-də keçiriləcək.


Xəbər 137 dəfə oxundu.