Ferstappen Formula 1 Belçika Qran-Prisində sprint yarışının qalibi oldu
Belçikada keçirilən Formula 1 üzrə dünya çempionatında “Red Bull” komandasını təmsil edən pilot Maks Ferstappen sprint yarışının qalibi olub.

II yeri “Maklaren” komandasının pilotu Oskar Piasti, III yeri “Alpin” komandasından Pyer Qasli tutub.

Sprint yarışının startı güclü yağış səbəbindən bir saat gecikib. Döngələrin sayı 15-dən 11-ə endirilib.

Xəbər 147 dəfə oxundu.