Çempionlar Liqasının qrup mərhələsində II turun oyunları keçirilib
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində II turun oyunları keçirilib. Bakı təmsilçilərindən “Azərreyl” və “Lokomotiv”in rəqibləri növbəti görüşlərinə çıxıblar.

Alessandro Çiappinin komandasının “Əczaçıbaşı”na (Türkiyə) 0:3 hesabı ilə uduzduğu turda “Dresdner” (Almaniya) “Tauron”a (Polşa) 3:2 hesabı ilə qalib gəlib. Nəticədə onlar “dəmiryolçular”la xal fərqini azaldıblar. Qrupa isə İstanbul təmsilçisi başçılıq edir.

“Lokomotiv” rəqiblərindən “Bank Fakro” (Polşa) “Srvena Zvezda”ya “quru hesabla” qalib gəlsə də, Bakı təmsilçisinin liderliyinə mane ola bilməyib. Komandamız “Dinamo” (Moskva) üzrəundə qazandığı 3:0 hesablı qələbə sayəsində turnir cədvəlində ilk pillədəki yerini möhkəmlədib.

Xəbər 1277 dəfə oxundu.