İspaniya millisinin sabiq üzvü David Silva karyerasını başa vurub
Futbol üzrə İspaniya millisinin sabiq üzvü David Silva karyerasını başa vurub.

“Real Sosyedad”ın 37 yaşlı yarımmüdafiəçisi bunu sosial şəbəkə hesabında açıqlayıb. Dizindən ağır zədə alan futbolçu qərarı ilə bağlı bildirib: “Bu gün mənim üçün kədərli gündür. Həyatımı həsr etdiyim oyunla, mənim üçün ailə kimi olan həmkarlarımla vidalaşmağın vaxtıdır. Futbol üçün çox darıxacağam”.

Qeyd edək ki, 2010-2020-ci illərdə “Mançester Siti”də çıxış edən yarımmüdafiəçi 309 oyunda meydana çıxıb və 60 qol vurub. O, Mançester təmsilçisinin heyətində 4 dəfə İngiltərə çempionu olub. Silva 2020-ci ildən "Real Sosyedad"da oynayırdı. O, "Valensiya", "Eybar" və "Selta"da da çıxış edib.

Xəbər 94 dəfə oxundu.