“Qarabağ”ın oyunu azarkeş sayında 6-cı olub
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.

12 qarşılaşmada ümumilikdə 73 min 278 tamaşaçı iştirak edib.

“Qarabağ”ın Polşada “Rakuv”a 2:3 hesabı ilə uduzduğu görüş bu göstəriciyə görə 6-cı pillədə qərarlaşıb. Matçda 5451 tərəfdar qeydə alınıb.

Ən çox azarkeş isə “Servette” (İsveçrə) – “Genk” (Belçika) oyununda olub.

Qarşılaşmanı 18 min 26 nəfər izləyib.

Xəbər 88 dəfə oxundu.