“İnter” İtaliya A Seriyasında X turun matçına çıxıb
“Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi “İnter” İtaliya A Seriyasında X turun matçına çıxıb. “Neradzzurra”nın rəqibi “Sampdoriya” olub.

Milan klubu Genuya təmsilçisini evdə 3:2 hesabı ilə məğlubiyyətə uğradıb. “İnter”in heyətində 52-ci dəqiqədə penaltidən Dieqo Milito fərqlənib. Ardından Rodriqo Palasio və milanlıların sırasında ilk dəfə fərqlənən Freddi Quarin adını tabloya yazdırıb. Bu qələbədən sonra Stramaççoninin komandası 24 xalla 2-ci yerdədir. Onlar lider “Yuvenstus”dan 4 xal geri qalırlar.

Qeyd edək ki, “İnter” növbəti turda noyabrın 3-də “Derbi de Italia”da “Yuventus”la üzləşəcək.

Xəbər 844 dəfə oxundu.