Aran-Mil-Muğan bölgəsində cüdo üzrə region birinciliyi keçirilir
U-15 yeniyetmələr arasında Aran-Mil-Muğan bölgəsi üzrə region birinciliyi start götürür.

iyulun 26-da “Kür” Olimpiya Tədris-İdman Mərkəzində 15 yaşa qədər kiçik yaşlı yeniyetmə cüdoçular arasında Aran-Mil-Muğan bölgəsi üzrə region birinciliyi keçirilir.

Yarışda Aran-Mil-Muğan regionunu təmsil edən 9 komandadan 131 cüdoçu 20 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Xəbər 90 dəfə oxundu.