“Maribor-2023”: İki cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq
Yarışın ilk günündə 3 cüdoçumuz tatami üzərinə çıxıb.

Təmsilçilərimizdən Ayxan Mirzəzadə (55 kq) səkkizdəbir finalda isveçli Samir Pabloskiyə, növbəti mərhələdə isə Luka Riçardsona (Niderland) qalib gəlib. Lakin idmançımız yarımfinalda gürcüstanlı Merabi Samadaşviliyə məğlub olub. Yeniyetmə cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq.

Komandamızın digər üzvü Nihad Məmişov isə mübarizəyə ermənistanlı Hayk Darbinyan üzərində qələbə ilə başlayıb. İdmançımız növbəti mərhələdə Şota Baçaşvili (Gürcüstan) ilə qarşılaşıb. İdmançımız bu görüşdə rəqibinə uduzub. N.Məmişov üçüncü yer uğrunda görüşdə italiyalı Françesko Krokiani ilə qarşılaşacaq.

Qızların mübarizəsində isə Məryəm Bayramzadə ilk görüşdə Böyük Britaniya təmsilçisi Eva Evinqə qalib gəlib. Lakin idmançımız növbəti mərhələdə belçikalı Lena Antoineyə məğlub olub. Təsəlliverici görüşdə mübarizəsini davam etdirən cüdoçumuz bu mərhələdə avstriyalı Tatevik Minasyanla qarşılaşıb. Cüdoçumuz bu görüşdə də məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, cüdo üzrə yığma komandamız yarışda 12 (8 oğlan, 4 qız) idmançı ilə təmsil olunur.

Xəbər 98 dəfə oxundu.