Şimali İrlandiya – Azərbaycan oyununun hakimləri açıqlandı
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də, Belfast şəhərində keçiriləcək Şimali İrlandiya – Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib: Oyunu Ukraynadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim: Viktor Şvetsov
Baş hakimin köməkçiləri: Mikola Levko, Oleq Plujnik
Dördüncü hakim: Anatoli Abdula
Hakim-inspektor: Günter Benkö (Avstriya)
Komissar: Tomas Grimm (İsveçrə)

Xəbər 968 dəfə oxundu.