Yeniyetmə cüdoçular Avropa Gənclərinin Olimpiya Festivalında iştirak edəcəklər
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə iyulun 25-29-da Sloveniyanın Maribor şəhərində XVII Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışları (EYOF 2023) keçiriləcək.

Yarışlarda 43 ölkədən 308 idmançı iştirak edəcək. Azərbaycan turnirdə 12 çəki dərəsində 8 oğlan və 4 qız cüdoçu ilə təmsil olunacaq. Yarışlarda cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.

Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimi 23 iyulda, bağlanış mərasimi isə iyulun 29-da baş tutacaq.

Festivalın cüdo üzrə fərdi yarışları 25-28 iyul tarixlərində, komanda yarışları isə 29 iyulda Mariborda yerləşən “Lukna Sports Hall”-da keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın cüdo üzrə milli yığmalarının baş həkimi Ramil Vəliyev yarışda komissar həkim, Avropa Cüdo Birliyinin İnformasiya Texnologiyaları üzrə təşkilat komitəsinin üzvü kimi isə Əli Dəvrişov fəaliyyət göstərəcək.

Avropa Gənclər Olimpiya Festivalına qatılacaq heyəti təqdim edirik:

Qızlar

-44 kq.

Məryəm Bayramzadə

-48 kq.

Vüsalə Hacıyeva

-52 kq.

Xədicə Qədəşova

-63 kq.

Kamilla Toholiyeva

Oğlanlar

-50 kq.

Nihad Məmişov

-55 kq.

Ayxan Mirzəzadə

-60 kq.

Məhəmməd Musayev

-66 kq.

Cəsur İbadlı

-73 kq.

Süleyman Şükürov

-81 kq.

Hüseyn Eyvazlı

-90 kq.

Aslan Kotsoyev

+90 kq.

Ramazan Əhmədov

Xəbər 92 dəfə oxundu.