Çexiyalı tennisçisi qadınlar arasında “Uimbldon” turnirinin qalibi oldu
Çexiyalı tennisçi Marketa Vondrouşova “Uimbldon” turnirinin final matçında Tunis təmsilçisi Ons Jaberə qalib gəlib.
Oyun 6:4, 6:4 hesabı ilə Vondrouşovanın xeyrinə başa çatıb.

İyulun 16-da turnirin kişilər arasında final oyunu keçiriləcək. Oyun ispan Karlos Alkaras və serbiyalı Novak Cokoviç arasında olacaq.




Xəbər 155 dəfə oxundu.