“Qalatasaray” hücum xəttini gücləndirməyi planlaşdırıb
“Qalatasaray” hücum xəttini gücləndirməyi planlaşdırıb.İstanbullular “Şalke”nin “qol maşını” olan hollandiyalı Klas-Yan Hunteları transfer etməyi nəzərdə tutub.

Bombardirlik keyfiyyətləri ilə seçilən Klas Almaniya ilə gələn yay başa çatacaq müqaviləsinin uzadılmağı ilə razılığa gələ bilməyib. Buna görə də Hollandiya millisinin üzvü artıq qışda klubunu dəyişməyi qərara alıb və ilkin danışıqlara hazırdır. “Qalatasaray”ın hücumçunun transferi uğrunda rəqibləri “Yuventus” və “Liverpul” kimi klublardır. Ancaq türkiyəlilər ona daha yaxşı şərtlər təklif etməyə hazır olaraq, bununla mübarizədə qalib ayrılmaq iddiasındadır.

Xəbər 828 dəfə oxundu.