Yeniyetmə cüdoçularımız Bakıda təlim-məşq toplanışında iştirak edirlər
Yeniyetmə oğlan cüdoçulardan ibarət Azərbaycan millisi Bakıda təlim-məşq toplanışında iştirak edir.

Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

İyulun 15-dək davam edəcək hazırlıq prosesinə 28 cüdoçu qatılıb. Hazırlıq prosesinə yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Emil İskəndərov və Nicat Şıxalizadə rəhbərlik edirlər.

Qeyd edək ki, təlim-məşq toplanışı iyulun 25-29-da Sloveniyanin Maribor şəhərində keçiriləcək XVII Avropa Gənclər Olimpiya Festivalına, avqustun 5-7-də Belarusda təşkil olunacaq MDB Oyunlarına və ayın 23-27-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərində baş tutacaq dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Xəbər 100 dəfə oxundu.